Məxfilik siyasəti
Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan
şərtlər, www.pos.az saytı ilə (bundan sonra “Biz”, “UBS MMC” və
ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında
mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi
məqsədini daşıyır.
Bu Sənəddə “UBS MMC” dedikdə, “Pos az”
əmtəə nişanının sahibi – “UBS MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə
tutulur.
Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta
həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv
olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə
tutulurlar.
Biz, sizin Veb-sayta daxil olaraq ondan istifadə
etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş məlumatları necə
topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə
izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik. Bu Sənədin
hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan güvənli şəkildə
istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata keçirdikləri hər
bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına
təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki, Veb-saytdan
istifadə etməzdən əvvəl saytımızın “Konfidensiallıq Siyasəti” ilə tanış
olmağınızı tövsiyə edirik.
www.pos.az veb-saytının “Konfidensiallıq Siyasəti” başda
ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə
Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına,
“Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında”
Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər
normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
www.pos.az veb-saytında İstifadəçi ilə Veb-sayt
arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında
təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə,
qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması
prinsiplərinə uyğun həyata keçirilir.
İstifadəçiyə aid fərdi məlumatlar onun özü
tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə
olunur.
İstifadəçinin nəzərinə çatdırırıq ki, onun
tərəfindən təqdim edilmiş məlumatlar
(adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı,
telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş
yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun
5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün
yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi
məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla,
heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür.
Baş vermiş inzibati xətaları, cinayət əməllərini
törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan
qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların,
cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq
məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə
orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları
nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl
edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər.
Nəzərinizə çatdırırıq ki, Veb-saytımızda müxtəlif
digər veb-saytlara, internet platformalara keçidlər yerləşdirilə bilər. Belə
keçidlərə daxil olmaqla, orada apardığınız yazışmaların, təqdim etdiyiniz
məlumatların konfidensiallığının təmin edilməməsi ehtimalı hər zaman mövcuddur.
Həmin veb-saytlarda, internet platformalarda təqdim etdiyiniz məlumatlarınızın,
hərəkətlərinizin konfidensiallığına “UBS MMC” zəmanət vermir və
cavabdehlik daşımır.
İstənilən halda siz fərdi məlumatlarınızı saytda
qeyd etməmək hüququnu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, Veb-sayt
vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və
qeydiyyatdan keçərkən özünüzə aid müxtəlif məlumatlarınızı daxil etməyiniz
zəruridir. Əks halda Veb-saytda nəzərdə tutulmuş imkanlardan istifadə etməyiniz
qeyri-mümkün olacaqdır.
Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin onu da
nəzərinizə çatdırırıq ki, “UBS MMC” gələcəkdə istənilən zaman bu “Konfidensiallıq
Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır.
Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn:
qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin
Veb-saytdan istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların
həyata keçirilməsi və s.). Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi
məlumatların konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi Bizim
tərəfimizdən hər zaman rəhbər tutulacaqdır.
Bu sənədlə bağlı hər hansı iradınız, təklif və ya
şikayətiniz olarsa, aşağıdakı vasitələrlə Bizimlə əlaqə saxlamağınızı xahiş
edirik.
E-mail: info@pos.az;
Telefon: +994 12 310 26 46;
Ünvan: Ə.Rəcəbli küç. 1/4, Nərimanov r-nu.